Venesuelanın paytaxtı müvəqqəti olaraq dəyişdirilib
16 iyun 2013 04:56 (UTC +04:00)

Venesuelanın paytaxtı müvəqqəti olaraq dəyişdirilib

İyunun 15-də Venesuela prezidenti Nikolas Maduro ispan müstəmləkəçilərinə qarşı «Ölüm-dirim savaşı!» adı altında mübarizənin 200 illiyi ilə əlaqədar paytaxtın Karakasdan müvəqqəti olaraq, ölkənin qərbinə Truxilo şəhərinə köçürülməsi haqda sərəncam verib.

 

Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, bununla bağlı dövlət başçısı deyib: «İyunun 15-16 tarixlərində Venesuela Respublikası paytaxtının Truxilo təyin edilməsi barədə qərar verdim».

 

Xatırladaq ki, 1813-cü il iyunun 15-də Venesuelanın milli qəhrəmanı Simon Bolivar Truxiloda «Ölüm –dirim savaşı haqqında dünya millətlərinə» manifesti yayıb. Orada ispan müstəmləkəçiləri və onların daxildəki tərəfdarlarına qarşı mübarizəyə çağırılır.

 

Təntənəli mərasim zamanı Maduroya Truxilonun rəmzi açarı verilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 949

Oxşar yazılar

İsrail və Suriya atəşkəs barədə razılığa gəldi

İsrail və Suriya atəşkəs barədə razılığa gəldi

19 iyul 2025 , 03:16
Ankarada  leysan   fəsadlar törətdi

Ankarada leysan fəsadlar törətdi

18 iyul 2025 , 23:48
56 yaşlı ekstremal idmançı faciəvi şəkildə öldü

56 yaşlı ekstremal idmançı faciəvi şəkildə öldü

18 iyul 2025 , 18:03
Makqreqor bu müğənniyə cinsi orqanının  şəklini göndərdi

Makqreqor bu müğənniyə cinsi orqanının şəklini göndərdi

18 iyul 2025 , 16:21
Səhvən lotereya bileti aldı, 2 milyon uddu

Səhvən lotereya bileti aldı, 2 milyon uddu

18 iyul 2025 , 13:18
Yeni qan qrupu TAPILDI:  yalnız bir nəfərdə var

Yeni qan qrupu TAPILDI: yalnız bir nəfərdə var

18 iyul 2025 , 10:44
Suriya lideri Dəməşqi tərk etdi

Suriya lideri Dəməşqi tərk etdi

18 iyul 2025 , 05:38
"Uber" pilotsuz  taksilərə keçir

"Uber" pilotsuz taksilərə keçir

18 iyul 2025 , 03:23