Vatikan QMİ ilə eyni mövqedə
04 sentyabr 2013 18:15 (UTC +04:00)

Vatikan QMİ ilə eyni mövqedə

Roma Katolik Kilsəsi Suriyaya hərbi zərbə endirilməsinə qarşı çıxıb.

 

Lent.az-ın “mignews.com” saytına istinadən verdiyi məlumata görə, bu gün Papa Frensis katolikləri və qeyri-katolikləri şənbə günü sülh üçün dua etməyə çağırıb.

 

Papa Frensis “Twitter” sosial şəbəkəsindəki səhifəsində kimyəvi silah tətbiqi pisləməklə bərabər, Suriyaya hərbi zərbə endirilməsinə qarşı çıxıb və  böhranı sülh yolu ilə tənzimləməyə çağırıb. Papanın Vatikandakı mərasiminə 50 min insanın qatılacağı gözlənilir. Həmin gün dünyanın müxtəlif yerlərində də yepiskoplar Papa Frensisin sülhlə bağlı təşəbbüsü ilə əlaqədar mərasimlər təşkil edəcəklər. 

 

Qeyd edək ki, dünən Qafqaz Müsəlmanları İdarəsi də Suriyaya hərbi müdaxilə planını pisləyən bəyanat verib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 321
avatar

Oxşar yazılar