Britaniya parlamentinin komitəsi taxt-tacın varisi, şahzadə Çarlzın vergilərini araşdırmağa başlayıb.
Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, şahzadənin ən yüksək vəzifəli məmuru Uilyam Nay dövlət vəsaitlərinin xərclənməsi üzrə nəzarət komitəsində izahat verib.
Parlament şahzadənin vergini doğru-düzgün ödədiyini, yaxud Kornuoll qraflığındakı irsi mülkiyyətdən yetərincə vergi verdiyini bilmək istəyir.
Kralın hesabının öyrənilməsi ilə balı bu Britaniya tarixində ikinci hadisədir.
Kornuoll Hersoqluğunun 700 milyon funt-sterilinq dəyərində olduğu ehtimal edilir. Ora şahzadə Çarlza ildə 28,7 milyon dollar gəlir gətirir.
Kral sarayının məmurları bildirir ki, bu xüsusi mülkiyyətdir və kapitalın artımı üzrə ora vergi tətbiq oluna bilməz.