Nigeriyada üsyançı qrupla polis əməkdaşları arasında qarşıdurma baş verib. Lent.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, baş vermiş hadisə nəticəsində 20 polis əməkdaşı həlak olub. 160 milyon əhalinin yaşadığı ölkədə 250-dən çox etnik qrup var. Bu qruplar arasında da tez-tez qarşıdurmalar yaşanır.