Ukraynanın paytaxtı Kiyevdə Ukrayna Milli Televiziyası tərəfindən çəkilən “ Heydər Əliyev liderlik dərsi” sənədli film ictimaiyyətə təqdim olunub. Lent.az-n məlumatına görə, Ukrayna Azərbaycalı Gənclər Birliyindən (SAMU) filmin yaradıcı heyəti , Azərbaycanın Ukraynadakı səfirliyinin diplomatları və SOCAR (ARDNŞ) Ukrayna nümayəndəliyi, SAMU, Ukrayna Azərbaycanlıları Konqresinin rəhbərliyi Heydər Əliyevin Kiyev şəhərindəki abidəsinin önünə gül çələngi qoymaqla yad ediblər.
Sonra Ukraynanın tanınmış ictimai siyasi xadimlərinin, Azərbaycanın ukraynadakı səfirliyinin, Ukrayna Azərbaycanlıları Konqresinin (UAK) və SAMU nümayəndələrinin iştirakı ilə Kiyevdəki Azərbaycan Gənclər Mərkəzində “Heydər Əliyev Liderlik dərsi” sənədli filminə baxış keçirilib. Ukrayna Milli televiziyasının aparıcı jurnalisti Sergey Sivolap və yazıçı-publisist, İqtisad elmləri doktoru Əlibala Məhərrəmzadənin ssenarisi əsasında çəkilmiş filmdə Heydər Əliyevin həyat yolu, müstəqil Azərbaycan dövlətinin qurulmasında və inkişafındakı tarixi rolu, o cümlədən, Azərbaycanla Ukraynanın dostluq əlaqələrinin möhkəm əsaslar üzərində qurulmasındakı xidmətləri Ukraynanın görkəmli ictimai-siyasi xadimlərinin xatirələri yer alıb.
Filmin rejissoru Georgi Spasokukotski prodüsseri isə Anar Tahirovdur. Filimdə Ukraynanın 1-ci prezidenti Leonid Kravçuk, 2-ci prezidenti Leonid Kuçma, Ukraynanın baş naziri Nikolay Azarov, baş nazirin müavini Konstantin Qrişşenko, Azərbaycanın Ukraynadakı səfiri Eynulla Mədətli və dost ölkənin bir sıra tanınmış ictimai-siyasi xadimləri, XX və XI əsrin siyasi liderlik dərsinin kamil müəllimi kimi xarakterizə ediblər. Onun siyasi ideologiyasının prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsini müdrik və uzaqgörən siyasətin məntiqi nəticəsi kimi dəyərləndiriblər.
Filmdə Heydər Əliyevin Çernobıl faciəsi zamanı keçmiş SSRİ rəhbərliyinin siyasi iradəsinə qarşı çıxaraq Ukrayna xalqına göstərdiyi köməkliyi fəxarət hissi ilə xatırlayan Ukraynanın keçmiş baş nazirinin müavini Konstantin Masik isə o zaman, faciə bölgəsindən 8 yüz min qadının və uşağın təhlükəsiz zonaya köcürülməsində misilsiz xidmətlər göstərmiş Heydər Əliyevi Ukrayna xaldının xilaskarlarından biri adlandırıb. Film başa çatdıqdan sonra Azərbaycanın Ukraynadakı səfirliyinin hərbi ataşesi Daşdəmir Məmmədov, Ukraynanın tanınmış ictimai siyasi xadimi Anatoli Raxanski, SAMU sədri Anar Tahirov,Ukrayna Azərbaycanlıları Konqresinin (UAK) sədri Rövşən Tağıyev, Konqresin ali məclisinin sədri Akif Gülməmmədov, Azərbacan Ağsaqqallar Şurasının Ukraynadakı nümayəndəsi Firudin Məmmədov, tanınmış telejurnalist Rəna Nazarova çıxış edərək, yüksək peşəkarlıqla hazırlanan filmin yaradıcı heyətinə uğurlar arzulayıblar. Sonra filmi yüksək peşəkarlıqla hazırladıqlarına görə ssenari müəllifləri Əlibala Məhərrəmzadəyə, Sergey Sivalapa ,və filmin redaktoru Möhsüm Qədiroğluna Kiyevski Forum Beynəlxalq İctimai Birliyinin fəxri diplomları təqdim olunub. Sonda “Heydər Əliyev Liderlik dərsi” sənədli filmi Ukrayna Milli Televiziyası vasitəsi ilə Ukrayna ictimaiyyətinə təqdim olunub.