Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) sabiq sədri Dəniz Baykal və Doğru Yol Partiyasının (DYP) keçmiş rəhbəri Mehmet Ağar arasında görüş keçirilib. Lent.az-ın məlumatına görə, yerli mətbuat onların Bodrumda azərbaycanlı iş adamı Mübariz Mənsimova məxsus gəmidə bir araya gəldiklərini iddia edir.
Sabiq liderlərin görüşünə Beşiktaş bələdiyyəsinin sədri İsmayıl Ünal da qatılıb. Sürpriz olayla bağlı ətraflı bilgi verilmir. Yalnız o məlumdur ki, sabiq sədrlərin həyat yoldaşları da görüşdə iştirak ediblər.
Qeyd edək ki, Dəniz Baykal və Mehmet Ağar sonuncu dəfə 2007-ci il prezident seçkisində birgə hərəkət ediblər. Həmin vaxt Baykalın sədrlik etdiyi CHP Türkiyə Böyük Millət Məclisini boykot edərək, səsverməyə qatılmayıb. Həmin vaxt DYP sədri olan Mehmet Ağar CHP ilə eyni mövqeni tutub.