Türkiyəli nazir: “Şah İsmayıl da bizimdir...”
17 iyul 2013 11:38 (UTC +04:00)

Türkiyəli nazir: “Şah İsmayıl da bizimdir...”

 

 

Türkiyənin nəqliyyat, dənizçilik və rabitə naziri Binəli Yıldırım İstanbul boğazında tikiləcək üçüncü körpü ilə bağlı süni gündəm yaradılmağa çalışıldığını bildirib.

Lent.az-ın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, Türk Dünyası Mühəndislər və Memarlar Birliyinin ənənəvi iftar yeməyində çıxış edən Binəli Yıldırım deyib ki, Sultan Səlim Yavuzun Türkiyə cəmiyyətində ayrı-seçkilik ünsürü olaraq təqdim edilməsi cəhdləri yanlışdır.

 

Binəli Yıldırım deyib ki, 1514-cü ildə Çaldıran döyüşündə üz-üzə gələn Sultan Səlim Yavuz da, Şah İsmayıl da türk xalqının hökmdarlarıdır: “Sultan Səlim Yavuz da, Şah İsmayıl da bizimdir. İki türk hökmdarı bir-birlərinə qalib gəlmək üçün savaşıblar. İkisinin də ordusunda həm ələvilər, həm də sünnilər olub. Süni bir gündəm  yaradaraq ölkədə ayrılıq toxumları səpmək ölkəmizə fayda verməz”.

 

Qeyd edək ki, İstanbul boğazında tikiləcək üçüncü körpüyə Sultan Səlim Yavuzun adının verilməsi ölkədəki ələvi kəsim tərəfindən etirazla qarşılanıb. Buna səbəb 16-cı əsrdə Sultan Səlim Yavuzun Anadoluda Səfəvi hökmdarı Şah İsmayılı dəstəkləyən 40 min şiə ələvinin qətlinə fərman verməsi olub.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1325
avatar

Oxşar yazılar