Bu gün saat 13:45 radələrində Türkiyənin Hatay vilayətində güclü partlayış olduğu barədə xəbər vermişdik. Lent. az-ın Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, yeni məlumatlarada baş verən partlayışda ölənlərin sayı 40-ı keçib və 100-dən artıq inasanın isə yaralandığı bildirilir.
****
18.10
Türkiyənin Suriya ilə həmsərhəd olan Hatay vilayətinin Reyhanlı qəsəbəsində baş verən partlayışlar nəticəsində ölənlərin sayı 18 nəfərə çatıb.
APA-nın “Doğan” agentliyinə istinadən verdiyi məlumata görə, daxili işlər naziri Müəmmər Gülər ölənlərin sayının 18-ə yüksəldiyini və yaralıların sayının 22 nəfər olduğunu açıqlayıb. Xatırladaq ki, hadisədən sonra 4 nəfərin öldüyü bildirilmişdi.
Terror içərisinə partlayıcı maddələr yerləşdirilmiş 2 avtomobil vasitəsilə Reyhanlının mərkəzindəki Atatürk prospektində yerləşən bələdiyyə və poçt binalarının qarşısında törədilib.