Türkiyə hökuməti spirtli içkilərin reklamını qadağan edən, eləcə də onun satışın məhdudiyyətləşdirən qanun layihəsi hazırlayıb.
Lent.az-ın «interfaks»0-a istinadən məlumatına görə, hakim Ədalət və İnkişaf Partiyasından olan deputat Yəhya Akman bu haqda açıqlama verib.
Alkoqollu içkilərin alış-satış yerlərinə məhdudiyyət qoyulması layihədə nəzərdə tutulan tədbirlərdəndir.
Bununla Türkiyə hökuməti vətəndaşların şəxsi işinə müdaxilə etmək niyyətində olmadığını bildirib. Hökumət belə tədbirlərlə Avropa standartlarına yaxınlaşmaq istədəyini bəyan edib. Hakimiyyət bu yolla spirtli içkilərin satışı sahəsində nəzarəti gücləndirməyi və gəncləri zərərli vərdişlərdən qorumaq istəyini bildirib.
«Dövlət ailənin və xalqa görə məsuliyyət daşıyır» - deyə, millət vəkili vurğulayıb