Türkiyədə kürdlər yeni partiya yaratdılar
28 oktyabr 2013 11:11 (UTC +04:00)

Türkiyədə kürdlər yeni partiya yaratdılar

Türkiyə yeni siyasi partiya yaradılıb. Lent.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, partiyanın əsas qurucuları kürd əsilli siyasətçilərdir.

 

Xalqların Demokratik Partiyası (HDP) adlanacaq yeni siyasi qurumun rəhbəri də kürdlərin Türkiyə Böyük Millət Məclisindəki təmsilçiləri olan Sülh və Demokratiya Partiyasından (BDP) istefa verib, HDP-yə keçən qadın siyasətçi Səbahat Tuncəl seçilib.

 

Qeyd edək ki, bir müddət öncə BDP-nin parlament qrupunun üzvləri Sırrı Süreyya Öndər, Səbahat Tuncəl və Ərtoğrul Kürkçü, həmçinin, İstanbuldan müstəqil deputat seçilən Ləvənt Tüzəl istefa vermişdi. Hər üç siyasətçi dünən keçirilən qurultayda HDP-yə üzv olublar.

 

Onu da bildirək ki, yeni partiyanın sədri S.Tuncəl 2007-ci ildə PKK terror təşkilatının toplantılarında iştirak etmək, həmçinin, bu təşkilatın fəaliyyətinə dəstək vermək ittihamı ilə həbs edilmişdi. O, deputat seçildikdən sonra azadlığa buraxılmışdı.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1073
avatar

Oxşar yazılar