Türkiyənin prezidenti Abdullah Gül və baş naziri Rəcəb Tayyib Ərdoğana qarşı planlaşdırılan sui-qəsdin qarşısı alınıb.
Trend-in "Sabah" qəzetinə istinadən verdiyi məlumata görə, sui-qəsdi həyata keçirmək istəyən şəxs xüsusi əməliyyat nəticəsində yaxalanıb.
Məlumatda o da qeyd olunur ki, kamikadze İzmir şəhərində keçirilən İqtisadi Konqresində iştirak edən ölkə rəsmilərinə qarşı sui-qəsd planlaşdırıbmış.