Türkiyədə “Şokolad Vadisi” yaradılır.
Lent.az-ın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyənin inkişaf naziri Cevdet Yılmaz açıqlayıb.
“Şokolad Vadisi” Türkiyədə fındıq istehsalında ilk sıralarda yer alan Ordunun Gülyalı rayonunda 60 hektar ərazidə qurulacaq. Büdcəsi 3 milyon dollar olan layihə 2 il ərzində tamamlanacaq. Cevdet Yılmaz Türkiyədə şokolad istehsalı sahəsində atılan bu addımın xüsusən uşaqları sevindirəcəyini bildirib.