Türkiyədə 5,3 bal gücündə zəlzələ oldu
30 iyul 2013 12:02 (UTC +04:00)

Türkiyədə 5,3 bal gücündə zəlzələ oldu

 

Bu gün səhər saat 10:33 radələrində Türkiyədə 5,3 bal gücündə zəlzələ baş verib.

 

Lent.az-ın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, zəlzələnin ocağı Çanakkalanın Gökçeada rayonu sahillərində olub.

 

 

Zəlzələ Çanakkala ilə bərabər, ətraf rayonlarda, o cümlədən İstanbul və Kacaelidə də hiss edilib. Gökçeada Bələdiyyəsinin sədri Yücel Atalay hələ də dağıntı və tələfat barədə məlumat almadıqlarını söyləyib.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 641
avatar

Oxşar yazılar