Türkiyə yeni nəsil qırıcı almağı planlaşdırır
30 oktyabr 2013 00:54 (UTC +04:00)

Türkiyə yeni nəsil qırıcı almağı planlaşdırır

Türkiyə hökuməti «F-35» yeni nəsil qırıcıların  yaradılması ilə bağlı ABŞ-ın başçılıq etdiyi yeni çoxmilli proqramda iştirakı barədə qərar qəbul etməlidir.

 

Lent.az-ın «Hürriyet Daily News»-a istinadən məlumatına görə, qərar 2014-cü ilin yanvarınadək qəbul edilməlidir.

 

Türkiyə Müdafiə Sənayesi katibliyinin başçısı Murad Bayar bildirib ki, böyük ehtimalla Ankara «F-35»-in sifarişini  bərpa edəcək. Sifariş bu ilin yanvarından dayandırılıb.

 

M.Bayarın sözlərinə əsasən, müdafiə sənayesinin icraiyyə komitəsi bu ilin dekabrında, ya da 2014-cü ilin yanvarından dayandırılmış sifarişlər bərpa edəcək.

 

«F-4» və «F-16»-ları əvəzləmək üçün 100 ədəd «F-35» sifariş etməyi planlaşdırır.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 930
avatar

Oxşar yazılar