Türkiyə-Suriya sərhədində artıq PKK bayrağı dalğalanır.
Lent.az-ın “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, keçən il noyabr ayında qanlı döyüşlərdən sonra müxalif Azad Suriya Ordusunun nəzarətinə keçən Suriyanın Haseki şəhəri iyulun 17-də axşam saatlarında yenidən PKK terror təşkilatının Suriya qanadı olan PYD-nin nəzarətinə keçib.
Haseki uğrunda döyüşlər iyulun 16-da başlayıb. Əl-Nusra Cəbhəsi ilə PYD arasında döyüşlər zamanı açılan atəş nəticəsində Türkiyənin sərhəddə yerləşən Ceylanpinar qəsəbəsində 2 nəfər həyatını itirib, 1 nəfər yaralanıb. Bu gün səhər PYD sərhəddən 100 metr uzaqlıqdakı binada dalğalanan Suriya Azadlıq Ordusunun bayrağını endirərək yerinə PKK bayrağını sancıb. Hazırda Haseki şəhərindən bir neçə kilometr uzaqlıqda yerləşən Tel Halaf bölgəsində döyüşlər davam edir.