Türkiyə –Suriya sərhədinə Türkiyə Silahlı Qüvvələri əlavə zirehli texnika və əsgər heyti göndərib.
Lent.az-ın Türkiyə NTV-sinə istinadən məlumatına görə, Qaziantəpdəki 5-ci Zirehli Briqada komandanlığından tanklar, piyadaların döyüş maşını və əsgər maşınları mühafizə edilərək, nəzarəti altında Kilisə gedib.
Qaziantəpin Qarqamış və Ogözəl qəsəbələrinə də oxşar tərkibdə hərbi qüvvə yeridilib.
Bundan başqa pecə saatlarında isə Hatayın Yayladağı qəsəbəsində içərisində əsgərlər olan 20 avtomobil karvanın gəldiyi müşahidə edilib.
Bütün hərbi texnika və heyəti sərhəddə təyin olunmuş məntəqələrdə tapşırığı icra edəcək.