Türkiyə ordusunun helikopterini PKK -çılar atəşə tutublar
21 iyun 2013 15:58 (UTC +04:00)

Türkiyə ordusunun helikopterini PKK -çılar atəşə tutublar

Türkiyə Silahlı Qüvvələrinin yüksək rütbəli zabitlərini daşıyan hərbi helikopter ölkənin cənub-şərqində atəşə tutulub. APA-nın xəbərinə görə, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı olayla bağlı rəsmi açıqlama yayıb.


 

Açıqlamada bildirilir ki, iyunun 20-də saat 18.40-da aralarında 3-cü diviziyanın komandanı və jandarma korpusunun komandanının da olduğu hərbçiləri daşıyan S-70 helikopterinə Hakkari vilayətinin Yüksəkova qəsəbəsi ərazisindəki İkiyaka dağı üzərində PKK terrorçuları tərəfindən 4 dəfə atəş açılıb. Helikopter manevr edərək sürətlə hadisə yerindən uzaqlaşıb və Hakkari dağ-kommando diviziyasının bazasına enib.

 

Xatırladaq ki, PKK bu ilin martında atəşkəs elan edib və hazırda kürd probleminin həllinə dair Türkiyə hökuməti ilə terror təşkilatının həbsdə olan lideri Abdulla Öcalan arasında danışıqlar aparılır. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1073

Oxşar yazılar

56 yaşlı ekstremal idmançı faciəvi şəkildə öldü

56 yaşlı ekstremal idmançı faciəvi şəkildə öldü

18 iyul 2025 , 18:03
Makqreqor bu müğənniyə cinsi orqanının  şəklini göndərdi

Makqreqor bu müğənniyə cinsi orqanının şəklini göndərdi

18 iyul 2025 , 16:21
Səhvən lotereya bileti aldı, 2 milyon uddu

Səhvən lotereya bileti aldı, 2 milyon uddu

18 iyul 2025 , 13:18
Yeni qan qrupu TAPILDI:  yalnız bir nəfərdə var

Yeni qan qrupu TAPILDI: yalnız bir nəfərdə var

18 iyul 2025 , 10:44
Suriya lideri Dəməşqi tərk etdi

Suriya lideri Dəməşqi tərk etdi

18 iyul 2025 , 05:38
"Uber" pilotsuz  taksilərə keçir

"Uber" pilotsuz taksilərə keçir

18 iyul 2025 , 03:23
Çilidə güclü zəlzələ  baş verdi

Çilidə güclü zəlzələ baş verdi

18 iyul 2025 , 02:14
Şahin Şıxlinski axtarışa verildi

Şahin Şıxlinski axtarışa verildi

17 iyul 2025 , 21:09