Türkiyə baş nazirinin sağlığı ilə bağlı açıqlama
12 avqust 2013 20:20 (UTC +04:00)

Türkiyə baş nazirinin sağlığı ilə bağlı açıqlama

Avqustun 12-də Türkiyə Baş Nazirliyi hökumət başçısı Rəcəb Taib Ərdoğanın sağlıq durumu ilə bağlı məlumat yayıb.

 

Lent.az-ın «Habertürk»-ə istinadən məlumatına görə,

 

«Baş nazirimiz hörmətli Rəcəb Taib Ərdoğanın sağlıq durum haqqında bəzi dağıdıcı qüvvələrin informasiya vasitələri gerçəkliyə uyğun olmayan məlumat yayıb»-deyə, baş nazirliyin bəyanatında vurğulanıb.

 

Hökumətin açıqlamasına əsasən, bu sayaq xəbərlər qəzetçiliyin peşə əxlaqına ziddir.

 

Bəyanatda bildirilib ki, bayram namazındakı çıxışında baş nazir açıqca bu günləri İstanbuldan kənarda keçirəcəyini söyləyib.

 

Məlumata görə, o, həftə sonu Bursada keçiriləcək tədbirə qatılacaq.

 

Xatırladaq ki, avqustun 12-də Türkiyədə çıxan qəzetlərdən biri bayramda baş nazirin səhhətindəki problem ucbatında xəstəxanaya aparıldığı və  5 gün xəstəxanada müayinə edilib və müalicə olunacağı haqda xəbər yayıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1848
avatar

Oxşar yazılar