Türkeşin mühafizəçisinə 25 illik həbs cəzası
10 may 2013 13:27 (UTC +04:00)

Türkeşin mühafizəçisinə 25 illik həbs cəzası

Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) mərhum lideri Alparslan Türkeşin yaxın mühafizəçisi olmuş Təhsin Pəhlivanoğlu həbs edilib. Lent.az-ın “Anspress”-ə istinadən verdiyi məlumata görə, məhkəmə mütəşəkkli cinayətkar dəstə qurmaq və idarə etmək iddiaları ilə mühakimə olunan Pəhlivanoğlu barəsində 25 il 7 ay həbs qərarı verib. Pəhlivanoğlu ilə birlikdə mühakimə olunan daha 11 şübhəli barəsində məhkəmə müxtəlif həbs cəzaları təyin edib.

Qeyd edək ki, şübhəlilərdən biri Pəhlivanoğlunun öz oğlu Əli Rizvan Pəhlivanoğludur. Məhkəmə cinayətkar dəstəyə üzv olmaq iddiası ilə mühakimə olunan oğul Pəhlivanoğlu barəsində 1 il 15 gün həbs qərarı verib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 656
avatar

Oxşar yazılar