TSQ və MKİ :  Türkiyənin əhalisi neçə nəfərdir?
28 aprel 2013 07:09 (UTC +04:00)

TSQ və MKİ :  Türkiyənin əhalisi neçə nəfərdir?

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) Türkiyə əhalisinin 80 milyon 694 min 485 nəfər olduğu baədə açıqlama yayıb.

 

Lent.az-ın Habertürk-ə istinadən məlumatına görə, Türkiyə Statistika Qurumu (TSQ) isə 2012-ci il dekabrın 31-dək ölkə əhalisi sayının 75 milyon 627 min 384 nəfər olduğun bildirib. İki quruluş arasındakı fərq 5 milyon 67 min 384-dir.

 

Məlumata əsasən, MKİ-nin rəqəmi 2013-cü ilin iyunu üçün təxmin edilən hesablamadı. Bu statistikaya əsasən, Türkiyə dünyanın «17 ən qələbəli» dövlətlərdən sırasındadır.

 

MKİ Türkiyədə əhalinin 70-75 faizinin türk, 18 faizinin kürd, 7-12 faizinin isə başqa etnik qruplar olduğunu bildirib.

 

Yenə də bu quruma görə ölkədə hər qadına 2,1 körpə düşür, Türkiyədə qadın ömrü orta hesabla 74,7, kişi ömrü isə 70, 8 ildir.

 

Türkiyə Statistika İdarəsinin başçısı Birol Aydəmir isə MKİ-nin rəqəmlərinə təkzib edərək, bildirib : «MKİ-nin rəqəmləri yalan və yanlışdır. Bizə inanın».

# 1580
avatar

Oxşar yazılar