Bostonda terror aktı törətməkdə şübhəli bilinən 26 yaşlı Tamerlan Tsarnayevin cəsədi mayın 6-da Vuster şəhərində (Massaçusets ştatı) torpağa tapşırılacaq.
Lent.az-ın “İTAR-TASS”a istinadən məlumatına görə, bu barədə mərasimin təşkili ilə məşğul olan Boston şəhəri dəfn mərasimləri üzrə büronun rəhbəri Piter Stefan bildirib.
“Biz onu bazar ertəsi günün sonunda dəfn edəcəyik” - deyə, o, bildirib. Stefan əlavə edib ki, hazırda qəbrin yeri müəyyənləşir.
Qeyd edək ki, Boston sakinləri Tsarnayevin torpağa tapşırılmasına qarşı çıxaraq, onu Üsamə bin- Laden kimi “dənizdə dəfn olunmasını” təklif edirlər.