TRT Avropa Yayım Birliyinin keçirdiyi "Eurovision" Mahnı Müsabiqəsini yayımlamayacaq.
Lent.az-ın trtazerbaycan.com-a istinadən verdiyi məlumata görə,TRT rəhbərliyindən verilən açıqlamada qurumun mahnı müsabiqəsinin səsvermə qaydalarına etiraz etdiyi, etirazı qəbul edilməyincə də müsabiqədə iştirak etməmək haqda qərar qəbul etdiyi bildirilib: "Bu səbəbdən TRT prinsiplərindən geri çəkilməmək üçün 2013-cü il "Eurovision" Mahnı Müsabiqəsinin finallarını yayımlamama qərarı qəbul edib".