Yaponiyanın nüvə laboratoriyalarından birində radiasiya sızıntısı bir sutkadan sonra bilinib.
Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, hakimiyyət bu sızıntının yerli əhali üçün təhlükəsinin olmadığını bildirib.
Bununla belə laboratoriyanın 55 işçisi üzərində şüalanma ilə bağlı müayinə aparılıb.
Vaxtında məlumat vermədiyi üçün laboratoriya rəhbərliyi ilə bağlı istintaq işləri başlayıb.