Bu gecə Almaniyanın Leypsiq şəhərində “An-12” tipli yük təyyarəsi yanıb.
Lent.az-ın “mignews.com” saytına istinadən verdiyi məlumata görə, yanğın saat 2:00 radələrində başlayıb.
Yanğının söndürülməsinə 15 yanğınsöndürən maşın və 60 yanğınsöndürən cəlb olunsa da, təyyarə tamamilə yanıb. Təyyarənin göyərtəsində canlı toyuqlar olub. Olayla bağlı aeroport qismən uçuşlar üçün bağlanıb, saat 3:00 radələrində isə vəziyyət normallaşıb.
Təyyarə Ukraynanın Aeroalyans şirkətinə məxsus olub və Mineralnıe Vodı-Leypsiq marşrutu üzrə çarter səfərini yerinə yetirib. Yanğın təyyarənin mühərrikində başlayıb. Heyət üzvləri arasında xəsarət alan yoxdur. Araşdırma aparılır.