Tayvan adasının şərqində 6,6 bal gücündə zəlzələ olub.
Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, bu haqda ABŞ Geoloji Xidməti bildirib.
Yeraltı təkanlar güclü olduğundan zəlzələ paytaxt Taybedə də hiss olunub.
İtki və dağıntılar haqda məlumat yayılmayıb.