Pakistan polisi baş nazir Nəvaz Şərifə qarşı sui-qəsd cinayətinin üstünü açıb.
Lent.az-ın «interfaks»-a istinadən məlumatına görə, Lahor şəhəri yaxınlığında «Təhrik-e-Taliban» qruplaşmasının üzvləri baş nazirə hücum etməyi planlaşdırıbmış.
Baş tutmayan bu sui-qəsdə cəhdlə bağlı bir neçə nəfər şübhəli şəxs qismində saxlanılıb.