Əfqanıstanın Qəndahar əyalətində yeddi polis əməkdaşı qətlə yetirilib. Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, polis bildirib ki, hücum törətmiş iki şəxs əvvəllər polis işləyib. Onların «Taliban» hərəkatına qoşulduğu və bir müddət öncə yenidən hüquq mühafizə orqanlarında xidmətə qayıtdıqları bildirilib.
Hücum nəticəsində polis zabiti də yaralanıb.