İstanbul valisi Hüseyn Mutlu Taksim meydanının «talançı qruplardan təmizlənməsi» ilə bağlı açıqlama verib.
Lent.az-ın Türkiyə informasiya vasitələrinə istinadən məlumatına görə, vali deyib ki, «dağıdıcı qrupların polis üzərinə saldırısından sonra» «Gəzi» parkına polis müdaxilə edib.
O, baş verənlərlə bağlı mətbuat üçün açıqlamada ailələrə müraciət edərək, övladlarını meydandan çəkməyə çağırıb.
Vali bildirib ki, meydanda «dağıdıcı və talançı qruplara» qarşı mübarizə aparırıq. O, bu müdaxilə nəticəsində «talançı və dağıdıcı qrupların meydandan uzaqlaşdırıldığını» söyləyib.
Vali hökumətin vəzifələrinin başında olduğunu bildirərək, deyib:«Dövlətimizin, millətimizin zəif vəziyyətə salınmasına icazə verməyəcəyik».