Bu gecə Tacikistanda 5,6 bal gücündə zəlzələ baş verib.
Lent.az-ın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, zəlzələnin ocağı paytaxt Düşənbədən 260 km şimal-şərqdə olub.
Xucand şəhərində zəlzələ 5 bal gücündə hiss edilib. Dağıntı və tələfat barədə məlumat daxil olmayıb.