Tacikistanın Moskvadakı səfirliyi “Moskva-Düşənbə” qatarına törədilmiş hücumun araşdırılması tələbi ilə Rusiyanın Xarici İşlər Nazirliyinə nota verib.
Lent.az-ın «İnterfaks»-a istinadən məlumatına görə, Tacikistanın Rusiyadakı səfirliyinin rəsmi nümayəndəsi Məhəmməd Eqamzod açıqlama verib : «Rusiya - Tacikistan münasibətlərində indiyədək belə hadisə olmayıb».
Diplomatın bildirib ki, bir qrup gənc «milliyyətçi şüarlar söyləyərək, oktyabrın 26 və 27-də Voronej vilayətinin «Ternovka» stansiyasında «Moskva - Düşənbə» və «Moskva-Xocənd» qatarlarına hücum edərək, bir neçə sərnişinə xəsarət yetirib, 7 vaqonun şüşəsini sındırıb».