Surqut bazarında anti-terror əməliyyatı: azərbaycanlılar saxlanılıb
10 iyul 2013 10:43 (UTC +04:00)

Surqut bazarında anti-terror əməliyyatı: azərbaycanlılar saxlanılıb

Rusiya Federal Təhlükəsizlik Xidməti Surqut şəhərindəki “Askaniya” topdansatış bazarında  xüsusi əməliyyat keçirib.

 

Lent.az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bazarda çalışan Tacikistan, Özbəkistan, Azərbaycan və Qırğızıstan vətəndaşları saxlanılıblar.

 

Yoxlamaya səbəb isə burda çalışan miqrantların “Hizbut Təhrir əl-İslam” terror təşkilatı ilə əlaqəli olduğu barədə gələn məlumatlar olub.

Bazarda yoxlamalar zamanı Rusiyada ekstremist materiallar siyahısında yer alan  və ölkəyə gətirilməsinə qadağa qoyulan çoxlu sayda kitab, çoxlu sayda disklər və broşurlar da tapılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2439
avatar

Oxşar yazılar