Suriyaya dair hesabat sentyabrın 16-da açıqlanacaq
12 sentyabr 2013 16:33 (UTC +04:00)

Suriyaya dair hesabat sentyabrın 16-da açıqlanacaq

Fransa xarici işlər naziri Laurent Fabius BMT müfəttişlərinin Suriyada kimyəvi silahdan istifadə ilə bağlı hazırladıqları hesabatın sentyabrın 16-da açıqlanacağını bəyan edib.

Lent.az-ın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, Laurent Fabius deyib ki, avqustun 21-də Şamın Quta qəsəbəsində tətbiq olunan kimyəvi silahla bağlı BMT müfəttişlərinin hazırladığı hesabatda qətliamın necə həyata keçirildiyi detallı şəkildə əksini tapacaq.

Laurent Fabius bildirib ki, Suriyada kimyəvi silah bazalarının yalnız hakim rejimin nəzarətində olduğu nəzərə alınsa, hesabatda da kimyəvi silahdan Suriya rejiminin istifadə etdiyi qənaəti əksini tapa bilər. Fransa xarici işlər naziri Rusiya prezidenti Vladimir Putinin “New York Times” qəzetindəki məqaləsində kimyəvi silahdan Suriya müxalifətinin istifadə etdiyinə dair iddiasına da münasibət bildirib. O hesab edir ki, bu iddia gerçəkliyi əks etdirmir və bu, Vladimir Putinin oyununun bir parçasıdır. Laurent Fabius Rusiyanın təklifi əsasında Suriyanın kimyəvi silahlarına nəzarət edilib-edilməyəcəyinin də gələn həftə məlum olacağını söyləyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 299
avatar

Oxşar yazılar