Suriyalı müxaliflər “Əl-Qaidə”yə 48 saat vaxt verdi
04 oktyabr 2013 13:13 (UTC +04:00)

Suriyalı müxaliflər “Əl-Qaidə”yə 48 saat vaxt verdi

Türkiyə sərhədi yaxınlığındakı bölgələrdə suriyalı müxalif qruplar arasında gərginlik artır.

 

Lent.az-ın Türkiyənin “Vatan” qəzetinə istinadən verdiyi məlumata görə, atəşkəs müqaviləsi imzalanmasına baxmayaraq, günlərdir ki, Türkiyə sərhədindən 15 km uzaqlıqda yerləşən Azaz şəhərində “Əl-Qaidə” terror təşkilatına bağlı “İraq-Şam İslam Dövləti” və Azad Suriya Ordusunun tərkibindəki Şimal Fırtınası Taboru arasında döyüşlər səngimir.

 

Bu gün Suriyadakı 6 ən güclü silahlı qruplaşma “İraq-Şam İslam Dövləti”nə 48 saat ərzində Azazdan çəkilməsi ilə bağlı xəbərdarlıq edib. Həmin 6 silahlı qruplaşma keçən ay İslam Cəbhəsi adı altında birləşən 13 qruplaşma arasında yer alır. Xəbərdarlıqda qeyd edilib ki, İraq-Şam İslam Dövlətinin silahlıları və texnikası ilə geri çəkilməlidir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1138
avatar

Oxşar yazılar