Suriyadan açılan atəşə Türkiyə hərbçiləri cavab verib. Lent.az-ın «interfaks»a istinadən məlumatına görə, Suriya tərəfdən naməlum silahlılar Türkiyə hərbçilərinin avtomobilinə atəş açıb.
Mənbə bildirib ki, Suriya tərəfdən atəş açan 3-5 nəfər Hatay əyalətində Türkiyə –Suriya sərhədində keşik çəkən patrulların zirehli maşınlarını nişan alıb.
Türkiyə hərbçiləri xəsarət almayıb.