Suriyadakı kimyəvi silahların məhvinə özəl şirkətlər də qatılacaq
30 noyabr 2013 03:03 (UTC +04:00)

Suriyadakı kimyəvi silahların məhvinə özəl şirkətlər də qatılacaq

20-dən artıq şirkət Suriyadan çıxarılacaq kimyəvi silahların məhv edilməsində iştirak etmək istədiyini bildirib.

 

Lent.az-ın «Röyter»-ə istinadən məlumatına görə, bu haqda Kimyəvi Silahların Yasaqlanması üzrə Təşkilatda çalışan xəbər verib.

 

Onun sözlərinə əsasən, təşkilat Suriyada işləyən mütəxəssislərinin sayının da 30 nəfərədək artırmağı planlaşdırıb.

 

Bir müddət öncə qurum Suriyadakı kimyəvi silahların məhv edilməsinə özəl şirkətləri cəlb etmək istədiyini bildirmişdi.

 

Xatırladaq ki, rəsmi Dəməşq 1,3 ton kimyəvi silahlar üçün materialın, eləcə də 1,2 ton istifadə edilməyən sursat mövcudluğunu bildirmişdi. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 341
avatar

Oxşar yazılar