Suriyanın şimalında katolik monastrı başçısının başını kəsiblər.
Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, «Vatikan»dan bildirilib ki, 49 yaşlı keşiş Fransua Murad 8 gün öncə başsız edilib.
Bu qanlı olayın baş vermə səbəbi hələ ki bəlli deyil. İlkin məlumata əsasən, onu «əl-Qaidə» ilə əlaqədə şübhəli bilinən «əl- Nusra cəbhəsi»-nin yaraqlıları kilsəyə basqın edib.