Suriyada son əməliyyatlar zamanı Bəşər Əsəd hökumətinə qarşı müharibədə üsyançıların tərəfində vuruşan 21 azərbaycanlı döyüşçünün öldürüldüyü bildirilir. Lent.az-ın məlumatına görə, bu barədə modern.az Livanın "Əl-Mənar" telekanalına istinadən xəbər yayıb. Telekanalın yaydığı məlumatda öldürülən döyüşçülərin siyahısı və gəldikləri ölkələrin adları da açıqlanıb.
Həlak olanların əksəriyyəti Quseyrdə gedən döyüşlərdə və son təşkil olunan əməliyyatlarda öldürülüblər.
Siyahıya əsasən, öldürülən döyüşçülərin arasında 167 türk vətəndaşı da var.