Suriyada məsciddə partlayış: azı 40 nəfər həlak olub
26 oktyabr 2013 04:44 (UTC +04:00)

Suriyada məsciddə partlayış: azı 40 nəfər həlak olub

Oktyabrın 25-də Suriya paytaxtı Dəməşqin ətrafındakı Sukvadi-Barada rayonundakı məscid yaxınlığında  minalanmış avtomobilin partlaması nəticəsində azı 40 nəfər həlak olub.

 

Lent.az-ın «nyusru»-ya istinadən məlumatına görə, onlarla sakin çeşidli dərəcədə yaralanıb.

 

«Frans press» bildirib ki, bu rayona Suriya müxalifəti nəzarət edir. Onun ətrafının rejimə tabe əsgərlər beton hasarlar qoyub.

 

«SANA» dövlət xəbər agentliyi məsciddəki partlayışı terrorçuların törədiyini bildirsə də, müxalifət bu qanlı olayda Bəşar Əsəd hakimiyyətinin əli olduğunu iddia edib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 574
avatar

Oxşar yazılar