Suriyada Kuseyr şəhəri uğrunda döyüşləri lentə alan jurnalist öldürülüb.
Lent.az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, jurnalist Yara Abbas Suriya prezidenti Bəşər Əsədə sadiq ordu bölmələrinin müxaliflərin mövqelərinə hücumu zamanı həlak olub.
Qadın jurnalistin özəl xəbər telekanalında çalışdığı bildirilir.