Suriyada iki terror təşkilatı döyüşür
01 avqust 2013 12:13 (UTC +04:00)

Suriyada iki terror təşkilatı döyüşür

 

Suriyada “Əl-Qaidə” terror təşkilatına bağlı “Nusra Camaatı” qruplaşması ilə PKK terror təşkilatının Suriya qanadı PYD arasında döyüşlərin miqyası genişlənir.

 

Lent.az-ın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, artıq Hələb və ətrafında da bu qüvvələr arasında qanlı döyüşlər başlayıb.

 

“Nusra Camaatı” qruplaşması kürdlərin yaşadıqları Tell-Xasil və Tell-Arran kəndlərinin 200 sakinini girov götürüb. Bu kəndlər Hələbi Türkiyə ilə sərhəddə yerləşən Aazaz şəhəri ilə birləşdirən yolun üzərində strateji yüksəkliklərdə yerləşir. “Nusra Camaatı” qruplaşmasının silahlılarının bu kəndlərə hücumu iyulun 29-dan başlanıb. Döyüşlərdə 16 PYD üzvü və “Nusra Camaatı” qruplaşmasının 10 üzvü ölüb. Yüksəkliklər hələ də PYD-nin nəzarətindədir.

 

Qeyd edək ki, Hələb və ətrafındakı kəndlərə nəzarət edən kürd özünümüdafiə dəstələri əvvəllər müxalif Suriya Azadlıq Ordusunun tərkibində olub. Ancaq hazırda bu qüvvələr PYD-nin rəhbərliyi altında fəaliyyət göstərir. Kürdlər Hələbdə Şeyx Maksud və Aşrafiya məhəllələrinə də nəzarəti əllərində saxlayır. Şose yolun PYD-nin nəzarətində olması sayəsində bu məhəllələrdəki kürd silahlıları ərzaq və döyüş sursatı ilə təmin edilirlər.

 

Əl-Xasika əyalətində isə “Nusra Camaatı” qruplaşması Rumeylan və Suveydiya neft emalı müəssisələrini ələ keçirməyə cəhd göstərib. Hücum dəf edilib. PYD-nin köməyinə Bəşər Əsədə sadiq ordu bölmələri gəlib. Suriya Hərbi Hava Qüvvələri “Nusra Camaatı” qruplaşmasının hərbi karvanına zərbə endirib və nəticədə “Nusra Camaatı” qruplaşması geri çəkilməli olub.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 727
avatar

Oxşar yazılar