Suriya parlamentinin sədri Məhəmməd Cihad əl-Ləyham ABŞ konqresinin sədri Con Beynerə elektron poçt vasitəsi ilə müraciət göndərib.
Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, o, amerikalı konqresmenləri «diqqətsiz məsuliyyətsiz aksiyaya» qoşulmamağa tələsməməyə çağırıb.
Demokratların senatdakı çoxluğunun lideri Harri Rid də Suriyaya qarşı hərbi əməliyyatla bağlı qərarın verilməsində deyib ki, ehtiyatlı olmaq lazımdır.
Xatırladaq ki, gələn həftə ABŞ qanunvericiləri Suriyaya qarşı hərbi əməliyyatların başlaması məsələsini müzakirə edəcək.