Suriya müxalifəti, milli koalisiyasının qərargahı Misirdə yerləşirdi. Lent.az-ın «interfaks»-a istinadən məlumatına görə, Məhəmməd Mursi hakimiyyətdən devrildikdən sonra onların mənzil – qərargahı Türkiyəyə köçürüləcək.
Koalisiyanın Ankaradakı təmsilçisi Xalid Xoca Türkiyədə çıxan «Hürriyyət» qəzetinə müsahibəsində deyib: «Misirdə baş verənlər artıq Suriyadakı şəraitə mənfi təsir etməyə başlayıb. Suriya müxalifəti Misirdə məhdudiyyətlə üzləşir. Müxalifət təmsilçiləri bu ölkəni tərk edir».
Onun sözlərinə əsasən, Misirdə Məhəmməd Mursinin devrilməsi Suriya prezidenti Bəşar Əsədin əlinə oynayır.