Suriya birləşmiş müxalifətinin lideri Müəz Əhməd əl-Xətib Suriya prezidentinin müavini Faruk Şarəə ilə danışıqlara hazır olduğunu bildirib.
Lent.az-ın «
Yerli informasiya vasitələrinə müsahibəsində əl-Xətib deyib ki, danışıqlar qan axıdılmasının dayandırılmasına xidmət və «rejimin dinc yolla dəyişdirilməsinə» yardım etməlidir.
Xatırladaq ki, bir müddət öncə müxalifət 160 min suriyalı məhbusu sərbəst buraxacağı halda hakimiyyətlə danışığa hazır olduğunu bildirmişdi.
Ötən həftənin sonunda isə Müəz əl-Xətib ABŞ,Rusiya və İranın yüksək vəzifəliləri ilə görüşüb. Görüşlərdən sonra o, bildirib ki, bu ölkələrin heç birinin «münaqişəni başa çatdırmaq üçün konkret görüşü yoxdur».