Bu gün Suriya ordusu Colan təpələrində İsrailə məxsus bir zirehli texnikanı vurub.
Lent.az-ın SANA agentliyinə istinadən verdiyi məlumata görə, Suriya Silahlı Qüvvələrinin Baş Qərargahı zirehli texnikanın Bir Acem kəndinə doğru irəliləyən zaman vurularaq məhv edildiyini bəyan edib.
İsrail ordusu isə Colan təpələrində bir hərbi maşının Suriyadan açılan atəşlə vurulduğunu, ancaq hərbi texnikaya zərər dəysə də, əsgərlərin yaralanmadığını, qarşı tərəfə cavab atəşi açıldığını bildirib.