Türkiyənin doqquzuncu prezidenti Süleyman Dəmirəlin həyat yoldaşı Nəzmiyə Dəmirəl vəfat edib.
APA-nın məlumatına görə, vəfat xəbərindən sonra xəstəxanaya gələn Süleyman Dəmirəl yoldaşının 5 ilə yaxındır ağır xəstəlikdən əziyyət çəkdiyini deyib: “Həkimlərə təşəkkür edirəm, onu dörd ildən çox həyatda saxladılar. Allah rəhmət eləsin!” Başkənt Universitetinin yaydığı məlumatda Nəzmiyə Dəmirəlin tənəffüs sistemində çatışmazlıqdan vəfat etdiyi bildirilir.
Qeyd edək ki, Süleyman Dəmirəl Nəzmiyyə xanımla 1948-ci ildə ailə qurub. 2005-ci ildən Alzheimer sindromundan əziyyət çəkən Nəzmiyə Dəmirəlin son iki ayda koma vəziyyətində olub.