Statistika tarixində 2013-cü ildə Yer planeti 5-ci dəfə ən isti iyun günlərini yaşayıb.
Lent.az-ın «interfaks»-a istinadən məlumatına görə, iyunda planetdə orta hesabla 16,14 dərəcə isti olub. Bu XX əsrin iyunundakı temperaturdan 0,64 dərəcə artıqdır.
2013-cü ilin iyununda Kanadanın şimal, Rusiyanın qərb, Yaponiyanın cənub, Filippin və Çinin cənub-qərb hissələrində rekord istilik qeydə alınıb.
Ancaq Avropa və Mərkəzi Asiya ölkələrində, əksinə yayda ən aşağı temperatur olub.