Starsburqda polis fəhlənin gözünü rezin güllə ilə çıxarıb
08 fevral 2013 03:25 (UTC +04:00)

Starsburqda polis fəhlənin gözünü rezin güllə ilə çıxarıb

Fransa polisi Belçikadan olan 24 yaşlı metallurqun gözünü rezin güllə ilə çıxarıb.

Lent.az-ın «RİA-Novosti»-yə istinadən məlumatına görə, olay Avropa Parlamentinin binası qarşısında baş verib. Belçika metallurqları həmkarlar təşkilatları adı çəkilən yerdə etiraz aksiyası keçirib.

 

Aksiyaya «ArcelorMittal» şirkətinin Fransa, Belçika və Lüksemburqdan olan min beş yüz fəhləsi qatılıb. Onlar şirkətdəki ixtisara qarşı etirazlarının bildirib. İxtisarlar gerçəkləşəcəyi halda 1,3 min fəhlə işsiz qalacaq.

 

Həmkarlar təşkilatı liderinin sözlərinə görə, aksiya iştirakçıları özlərini son dərəcə sakit aparıb. Ancaq polis onların tədbirini rezin güllə, dəyənək, gözyaşardıcı qazla dağıdıb:«Strasburq bizi terrorçular kimi  qarşıladı».

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 757
avatar

Oxşar yazılar