Sentyabrın 12-də Moskvanın yeni meri Sergey Sobyaninin and içmə mərasim keçirilib.
Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, sentyabrın 8 –də keçirilən seçkidə o, 51,37 faiz səs toplayıb.
Tədbirdə Rusiya prezidenti Vladimir Putin də iştirak edib.
Seçkidə Sobyanin əsas rəqibi Aleksey Navalnı olub. Sentyabrın 12-də o, səsvermə zamanı baş verən qanun pozuntuları ilə bağlı Moskva şəhər və rayonlarının məhkəməsinə 950 şikayət ərizəsi təqdim edib.