Snoudenə görə Boliviya prezidentinin təyyarəsi endirilib
03 iyul 2013 07:53 (UTC +04:00)

Snoudenə görə Boliviya prezidentinin təyyarəsi endirilib

Rusiyada səfərdə olan Boliviya prezidenti Evo Moralesin təyyarəsi Vyanaya planlaşdırılmamış eniş edib.

 

Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, buna səbəb Fransa və Portuqaliyanın ona hava məkanlarından uçmağı yasaqlamasıdır.

 

Onlar Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş əməkdaşı Edvardr Snoudenin E.Moralesin təyyarəsində olmasından şübhələndikləri üçün bu addım atıblar.

 

Boliviya hakimiyyəti Snoudenin həmin təyyarədə olması ilə bağlı xəbərləri təkzib edib.

 

Bir müddət öncə Moskvada səfərdə olan Venesuela prezidenti Nikolas Maduro keçmiş kəşfiyyatçının sığınacaq üçün onlara müraciət etmədiyini bildirmişdi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1085
avatar

Oxşar yazılar