Misirin təhlükəsizlik qüvvələri Sinay yarımadasında Qəzza zolağındakı terrorçular üçün nəzərdə tutulumuş çoxlu sayda silah – sursat ələ keçirib.
Lent.az-ın «nyusru»-ya istinadən məlumatına görə, «Əl-üm əl-Sabah» qəzeti bildirib ki, misirli hərbçilər 110 avtomat, çoxlu sayda döyüş sursatı, 24 pulemyot, «Kasem» raketləri üçün bir bir neçə minaatan, 8 zenit-raket qurğusu və 17 «Yer-Hava» raketi ələ keçirilib.
Bundan başqa Misir hakimiyyəti Qəzza zolağına gedən tuneldə 90 –a yaxın avtomobil və motosklet, o cümlədən 45 təzə maşının qaçaqmal yolu ilə aparılımasının qarşısı alınıb.
İsgəndəriyyə limanında da 60 tona yaxın partlayıcı və döyüş sursatı saxlanılıb.